...

Ermənistan Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv edib - Reza Deqati

Siyasət Materials 2 Dekabr 2021 16:59 (UTC +04:00)
Ermənistan Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv edib - Reza Deqati

Bakı. Trend:

Ermənistan Azərbaycan xalqının dəyərlərini, mədəniyyət abidələrini qəsdən məhv edib.

Trend-in məlumatına görə, bunu tanınmış foto jurnalist Reza Deqati ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı deyib.

"Mən birinci Qarabağ müharibəsinin, həmçinin Xocalı faciəsinin şahidi olmuşam və buraya ikinci Qarabağ müharibəsi başlayanda gəlmişəm. Artıq 20 ildən çoxdur ki, mən müharibənin, Qarabağ müharibəsində və Xocalıda olanların fotokadrlarını nümayiş etdirirəm", - deyə R.Deqati bildirib.

O vurğulayıb ki, Qarabağ müharibəsində gördükləri onu şoka salıb və əlavə edib ki, Ermənistan Azərbaycan xalqının dəyərlərini, mədəniyyət abidələrini qəsdən məhv edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti