...

“Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi

Siyasət Materials 14 Dekabr 2021 17:05 (UTC +04:00)
“Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti