...

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər - Rusiya XİN

Siyasət Materials 29 Dekabr 2021 15:44 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər - Rusiya XİN

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Hesab edirik ki, bu, tezliklə baş tutacaq. Bu razılaşmanın ən yüksək səviyyədə reallaşdırılması yolunda hər hansı bir aşılmaz maneə görmürük", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, may ayında Azərbaycan-Ermənistan sərhədinin müxtəlif hissələrində vəziyyətin gərginləşməsindən etibarən vasitəçi qismində çıxış edərək iki ölkə arasında müvafiq danışıqlar prosesinin işə salınması məsələsində öz köməyini təqdim edib.

"Qeyd edim ki, insidentlər bilavasitə rusiyalı sülhməramlıların məsuliyyət zonasına aid deyil. Problem sovet dövründən qalıb və iki ölkə arasında dövlət sərhədinin beynəlxalq-hüquqi rəsmiləşdirilməsinin olmaması ilə əlaqəlidir", - A.Rudenko deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti