Bakı. Orxan Nəbiyev - Trend:
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında əks olunmuş razılaşmaları, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib.
V.Putin və N.Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğunu qeyd edib.