...

Bölgələrin sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir (VİDEO)

Siyasət Materials 1 Fevral 2022 14:16 (UTC +04:00)
Bölgələrin sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir (VİDEO)

Bakı. Trend:

Azərbaycan dövləti regionların inkişafına daim böyük diqqət ayırıb və son illər bu istiqamətdə genişmiqyaslı layihələr reallaşdırılıb. Prezident İlham Əliyevin bu günlərdə Gəncə şəhərinə səfəri, səfər çərçivəsində bir sıra sosial tipli obyektlərin istifadəyə verilməsi bu siyasətin davamıdır. Biz bir daha şahidi oluruq ki, Azərbaycan prezidentinin müəyyən etdiyi əsas hədəflərdən biri bölgələrdə yaşayan vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunmasıdır.

Trend xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli deyib.

O, bildirib ki, böyük qələbə ilə başa çatan Vətən Müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa işləri həyata keçirilir. Dövlətin əsas maliyyə imkanları bu istiqamətə yönəldilir.

“Amma buna baxmayaraq ölkəmizin digər bölgələri də diqqətdən kənarda qalmır. Quruculuq işləri bütün ölkə boyu aparılır. Bu da əlbəttə ki, Azərbaycan dövlətinin iqtisadi gücünü, iqtisadiyyatımızın nə qədər dayanıqlı olduğunu göstərir”, - deyə S.Kərimli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti