...

Qarabağ görməyib Qarabağda tarix yazan oğullar uğurlu gənclər siyasətinin əyani sübutu oldu - Ülvi Osmanlı (VİDEO)

Siyasət Materials 2 Fevral 2022 18:46 (UTC +04:00)
Qarabağ görməyib Qarabağda tarix yazan oğullar uğurlu gənclər siyasətinin əyani sübutu oldu - Ülvi Osmanlı (VİDEO)

Bakı. Trend:

Gənclər siyasətinin uğurlu təməlinin qoyulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu layiqli yolu Prezident İlham Əliyev davam etdirir.

Bunu bu gün Bakıda keçirilən Gənclər Forumunun iştirakçısı Ülvi Osmanlı Trend-in suallarını cavablandırarkən deyib.

"Qarabağı görməyib 44 günlük Vətən müharibəsində Qarabağda tarix yazan oğullar gənclər siyasətinin əyani sübutu idi", - deyə o əlavə edib.

Ü.Osmanlı qeyd edib ki, gənclər siyasətinin əsas xətlərindən biri də təhsillə bağlıdır. Bu da dövlət strategiyasının müəyyən bir hissəsini əhatə edir.

"Təhsil strategiyasında bir çox yeniliklər oldu, bunlar arasında müxtəlif bölgələrdə modul tipli məktəblərin tikilməsi, köhnə mətkəblərin təmiri və yenidən qurulması böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti