...

Prezident İlham Əliyev daim gənclərin yanındadır - Vətən Müharibəsi Qəhrəmanı (VİDEO)

Siyasət Materials 2 Fevral 2022 19:28 (UTC +04:00)
Prezident İlham Əliyev daim gənclərin yanındadır - Vətən Müharibəsi Qəhrəmanı (VİDEO)

Bakı. Trend:

Prezident İlham Əliyev daim gənclərin yanındadır.

Bunu bu gün Bakıda keçirilən Gənclər Forumunun iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə Trend-in sualını cavablandırarkən deyib.

A.Abdullazadə qeyd edib ki, Prezidentimiz hər zaman gənclərə yüksək diqqət və qayğı ilə yanaşır, onların problemləri ilə maraqlanır.

"Göstərdiyi diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, Azərbaycan gənciyəm və Vətən müharibəsində iştirak etmişəm", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti