...

ABŞ hökumətinin maliyyələşdirdiyi USAID Qarabağ separatçılarına yardım göstərib - FAKTLAR

Siyasət Materials 4 Fevral 2022 17:23 (UTC +04:00)
ABŞ hökumətinin maliyyələşdirdiyi USAID Qarabağ separatçılarına yardım göstərib - FAKTLAR

Bakı. Trend:

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Qarabağ separatçılarına yardım göstərib. Bununla bağlı faktlar Xocavənd rayonunun Bulutan kəndində aşkar edilib.

Trend-in məlumatına görə, sosial şəbəkələrdə həmin kənddə tibb məntəqəsinin görüntüləri yayılıb. Tibb məntəqəsi separatçılar üçün məhz USAID tərəfindən təchiz edilib. Bunu avadanlıqlar üzərində agentliyin loqotipləri də təsdiq edir.

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən agentliyin separatçılara yardım göstərməsi faktı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması deməkdir. ABŞ-ın 30 il ərzində Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün uğursuz danışıqlar təşkil etmiş ATƏT Minsk qrupunun həmsədrlərindən biri olduğu halda USAID-in bu əməlləri daha da hiddət doğurur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti