...

Erməni separatçılarının hərbi təlim keçirmələri təhlükəsizliyə ciddi təhdidlər yaradır - Afət Həsənova

Siyasət Materials 16 Fevral 2022 15:33 (UTC +04:00)
Erməni separatçılarının hərbi təlim keçirmələri təhlükəsizliyə ciddi təhdidlər yaradır - Afət Həsənova

Bakı. Elçin Mehdiyev – Trend:

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirldiyi Azərbaycan ərazilərində erməni separatçılarının qanunsuz hərbi təlim keçirmələri qəbuledilməzdir və regionda təhlükəsizliyə ciddi təhdidlər yaradır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, sərhəd ərazilərdə təxribat törətməklə, hansısa qondarma "işğal haqqında qanunu" olmayan parlamentin müzakirəsinə çıxarmaqla, indi də hərbi təlimlər keçirtməklə ermənilər yenidən təxribata əl atırlar.

“Ermənilər ardıcıl şəkildə təxribatlara əl atırlar. Onlar regionda yaranmış yeni əməkdaşlıq mühitindən faydalanmaq əvəzinə təxribatlara əl atırlar. Bütün bunlar bird daha göstərir ki, ermənilər sülh tərəfdarı deyillər, öz xislətlərinə uyğun olaraq işğalçılıq siyasətlərini davam etdirmək məqsədi güdürlər. Lakin ermənilər unutmamalıdır ki, onların törətdiyi təxribatın heç biri cavabsız qalmır. Belə təxribatların hansı acı nəticələrə gətirib çıxatdığı ermənilərə yaxşı məlumdur.

44 günlük Vətən müharibəsindən əvvəl də ermənilər bu cür ardıcıl təxribatlara əl atırdılar. Lakin onların bu təxribatlarının onlar üçün hansı ağır nəticələr verdiyini hər kəs yaxşı bilir. Azərbaycan ordusu 44 gün ərzində erməni ordusunu darmadağın etdi və torpaqlarımızdan qovdu. Ermənilər bilməlidirlər ki, dərmir yumruq hər an yerindədi və istənilən zaman ermənilərin başını əzməyə hazırdır. Ermənilər unutmasınlar ki, Azərbaycanın səbri tükənməz deyil və bu cür təxribatlar layiqli cavabını mütləq alacaq”, - deyə deputat bildirib.

O, təəssüflə qeyd edib ki, Rusiya sülhməramlıları bu cür təxribatlara səssiz qalırlar.

“Əlbəttə ki, Rusiya sülhməramlılarının əsas vəzifəsi sülh və təhlükəsizliyi qorumaqdır. Belə olan halda onlar bu qanusuz silahlı birləşmələrin Azərbaycan ərazilərində təlim keçməsinə niyə səssiz qalırlar, nə üçün erməni separatçıları ilə bağlı hər hansı bir ölçü götürmürlər? Rusiya sülhməramlılarının bu cür dvranışı Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olur”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti