...

Zirehli texnika heyətləri ilə praktiki çalışmalar yerinə yetirilib (VİDEO)

Siyasət Materials 23 Fevral 2022 15:44 (UTC +04:00)
Zirehli texnika heyətləri ilə praktiki çalışmalar yerinə yetirilib (VİDEO)

Bakı. Trend:

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, icra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti