...

Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarını tam əks etdirir - Sahil Kərimli (VİDEO)

Siyasət Materials 24 Fevral 2022 11:15 (UTC +04:00)
Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarını tam əks etdirir - Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarını tam əks etdirir.

Bunu Xəzər TV-yə açıqlamasında Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında imzalanan Moskva bəyannaməsi hər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə çıxaracaq.

"Bir-birinin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmaq kimi öhdəliklər Azərbaycanın milli maraqlarının tam qoruyur. Birgə bəyannamə həmçinin bölgədə təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsinə, separat meyllərin, terrorçuluq və digər təhdidlərin qarşısının alınmasına xidmət edir", deyə o əlavə edib.

S.Kərimli qeyd edib ki, Azərbaycan bölgədə əsas oyunçulardan biri kimi əvvəl qardaş Türkiyə ilə, bu günlərdə isə Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamaqla həm də təhlükəsizlik və suverenliyini zəmanət altına alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti