...

Xarici və yerli KİV nümayəndələri Xocavənddə aşkarlanan məzarlığa baxış keçiriblər (FOTO)

Siyasət Materials 24 Fevral 2022 17:51 (UTC +04:00)
Xarici və yerli KİV nümayəndələri Xocavənddə aşkarlanan məzarlığa baxış keçiriblər (FOTO)

Bakı. Trend:

Hazırda xarici və yerli KİV nümayəndələri Xocavəndin Edilli kəndində aşkarlanan məzalığa baxış keçiriblər.

Trend xəbər verir ki, məzarlıq haqqında məlumat verən Şəmsi Şıxəliyev bildirb ki, 1993-cü il avqustun 28-də ermənilər onu girov götürüb.

Həmin vaxt həkim işləyən və Füzulidə yaşayan ailəsinin yanına əşyaları çıxarmağa köməyə gəldiyi zaman erməni hərbiçilər tərəfindən girov götürülüb. 48 gün bu kənddə girov qalıb və həmin müddətdə Füzulinin kəndlərində gedən döyüşlərdə ölən Azərbaycan hərbiçilərinin "KamAz" markalı maşınla daşınıb gətirildiyini, bu kəndin ərazisində kütləvi şəkildə traktorla qazılan quyulara töküldüyünü qeyd edib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu Şəmsi Şıxəliyevin iddiaları əsasında buraya baxış keçirib və kütləvi insan skeletlərinin olduğu müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti