...

"Media haqqında" Qanun bütün standartlara uyğundur - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 2 Mart 2022 21:54 (UTC +04:00)
"Media haqqında" Qanun bütün standartlara uyğundur - Rufiz Hafizoğlu (VİDEO)

Bakı. Trend:

Beynəlxalq təcrübədə media haqqında qanun və bənzəri qanunlar mövcuddur. Ümumiyyətlə, medianın fəaliyyətini tənzimləyən qurumlar və qanunlar var.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Çıxışa doğru" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın qəbul edib və tətbiq etdiyi media haqqında qanun bütün standartlara uyğundur.

"Bizim qanunlarımız daxili mühitimizə, jurnalistika məkətəbimizə uyğun olaraq hazırlanıb. Təəssüflər olsun ki, Azərbaycanda informasiya kirliliyi olub. Bunun səbəbi nə idi, medianı tənzimləyən bir qurum yox idi və ya var idisə də, həmin qurum üzərinə düşən öhdəliyi yerinə yetirmirdi", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti