...

Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 14 Mart 2022 16:41 (UTC +04:00)
Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Yun,

Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında təşəkkül tapmış dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm. İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək ölkələrimiz arasındakı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti