...

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər (FOTO)

Siyasət Materials 23 Mart 2022 11:05 (UTC +04:00)
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər (FOTO)

Bakı. Trend:

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti