...

Vladimir Jirinovski ölüb

Siyasət Materials 6 Aprel 2022 14:12 (UTC +04:00)
Vladimir Jirinovski ölüb

Bakı. Trend:

Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında vəfat edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Qeyd edək ki, V.Jirinovski fevralın 2-də COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra komaya düşmüşdü. Martın 25-də onun öldüyü xəbəri yayılsa da, məlumat sonradan təkzib edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti