...

Türkiyə və Qırğızıstanın XİN rəhbərləri ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd ediblər

Siyasət Materials 1 May 2022 20:54 (UTC +04:00)
Türkiyə və Qırğızıstanın XİN rəhbərləri ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd ediblər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü Qırğızıstanlı həmkarı Jeenbek Kulubayev ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Türki XİN Mətbuat Xidməti məlumat yayıb.

Türkiyəli nazir həmkarını yeni vəzifəyə təyinat münasibəti ilə təbrik edib.

Xarici işlər nazirli strateji tərəfdaşlıq formasında təsbit olunmuş ikitərəfli münasibətlərin inkişafındakı müsbət dinamikanı məmnunluqla qeyd ediblər. Tərəflər yaxın vaxtlarda Qırğızıstan Respublikası və Türkiyə Xarici İşlər Nazirləri səviyyəsində Birgə Strateji Planlaşdırma Qrupunun növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər.

Həmçinin, bu il Qırğızıstanda iki ölkənin dövlət başçıları səviyyəsində Strateji Əməkdaşlıq üzrə Ali Şurasının keçirilməsi mələsəi müzakirə olunub.

Beynəlxalq məsələlərə toxunan Qırxızıstan XİN rəhbəri Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması prosesində Türkiyənin vasitəçi rolunu yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti