...

Xorvatiya prezidenti Finlandiya və İsveçin NATO-ya qəbul olunmasına münasibət bildirib

Siyasət Materials 3 May 2022 22:58 (UTC +04:00)
Xorvatiya prezidenti Finlandiya və İsveçin NATO-ya qəbul olunmasına münasibət bildirib

Bakı. Trend:

Xorvatiya Finlandiya və İsveçin NATO-ya üzv olmasına veto qoya bilər.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Xorvatiyanın prezidenti Zoran Milanoviç bildirib.

O qeyd edib ki, bu çox gözlənilməyən bir məsələ oldu.

"Məsələ NATO-nun Zirvə görüşü səviyyəsinə qalxsa, mən bu ölkələrin alyansa qəbul olunmasında veto hüququmdan istifadə edəcəm", - Z. Milanoviç bildirib.

Qeyd edək ki, NATO-nun zirvə görüşü iyunun 28-30-da Madriddə keçiriləcək. Alyansa üzv ölkələrin liderlərinin görüşünə baş katib sədrlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti