...

Heydər Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrilməsində böyük rol oynayıb - Sergey Markov

Siyasət Materials 10 May 2022 13:13 (UTC +04:00)

Bakı. Trend:

Heydər Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü ölkəyə və yekunda ərazilərini erməni işğalından azad etmiş güclü ordusu olan ölkəyə çevrilməsində böyük rol oynayıb.

Bunu Trend-ə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev bir neçə vacib tapşırıq yerinə yetirib.

“Birincisi, Heydər Əliyev Azərbaycanda gedən vətəndaş müharibəsini dayandırıb. Biz xalq cəbhəsindən olan radikalları xatırlayırıq. İkinci tarixi tapşırıq o idi ki, Heydər Əliyev diplomatik istedadını istifadə edərək Ermənistanla müharibəni dayandırdı. Rusiya, Türkiyə, Amerika, Avropa rəhbərlikləri ilə işləyərək o, döyüş əməliyyatlarının dayandırılmasına nail oldu”, - deyə o bildirib.

S.Markov qeyd edib ki, Heydər Əliyevin reallaşdırdığı üçüncü tapşırıq Azərbaycanın yeni dövlətçiliyinin qurulması idi.

“Sovet dövlətçiliyinin və xalq cəbhəsindən radikalların qurmağa çalışdığı dövlətin qalıqları üzərində Heydər Əliyev yeni dövlətçilik yaratdı. Öz müdrikliyinə və Azərbaycan vətəndaşlarının mütləq çoxluğunun dəstəyinə arxalanan Heydər Əliyev tez bir zamanda möhkəm və sabit siyasi institut qura bildi. Heydər Əliyevin yerinə yetirdiyi dördüncü tapşırıq dünyəvi dövlətçiliklə İslam ənənələri arasında perspektivli balansın qurulması idi. Dünyəvi dövlət institutlarının və İslam ənənələrinin qarşılıqlı münasibətlər məsələsi əhalinin çoxluğunun İslam mədəniyyətinə mənsub olduğu bütün ölkələr üçün ən çətin problemlərdəndir. Bir çox dövlətlər bunun öhdəsindən gələ bilmir. Heydər Əliyev isə İslam ənənəsinin və dünyəvi dövlətçiliyin ahəngi ilə bağlı Türkiyə təcrübəsindən maksimum yararlana bildi. Bununla da Azərbaycanda siyasi sabitlik təmin olundu”, - politoloq deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin yerinə yetirdiyi beşinci tapşırıq əlverişli xarici mühitin yaradılması olub.

“Heydər Əliyev hər sahədə Azərbaycana kömək edən Türkiyə ilə müttəfiq münasibətləri, Rusiya ilə xoş, dostluq və tərəfdaşlıq münasibətləri və eyni zamanda ABŞ və Avropa İttifaqı ilə sakit, tərəfdaşlıq əlaqələri qura bildi. Beləliklə, Azərbaycanın inkişafı üçün əlverişli xarici mühit yarandı.

S.Markov bildirib ki, altıncı tapşırıq enerji strategiyasının hazırlanması və Azərbaycan dövlət büdcəsinə vəsaitlərin daxil olması üçün səmərəli mənbənin yaradılması idi.

“Bu, dəqiq hazırlanmış “Əsrin müqaviləsi” sayəsində mümkün oldu. Bunun mahiyyəti ondadır ki, Heydər Əliyev eyni zamanda Azərbaycanın neft-qaz yataqlarının işlənməsi üçün iri qərb korporasiyalarının investisiyaları və texnologiyalarını cəlb etdi və bununla qərb korporasiyalarının köməyi ilə Avrozona ölkələrində Azərbaycan nefti və qazı üçün pay əldə etdi. Eyni zamanda Heydər Əliyev əsas səhmlər paketini və neft-qaz hasilatı və satışından gəlirlərin böyük hissəsini Azərbaycan Dövlət Neft Şirkətinə saxlaya bildi. Nəticədə Azərbaycan qərb korporasiyalarının hasilatı həyat keçirdiyi və bütün gəlirləri özünə saxlamasında ifadə olunan tələdən yaxa qurtara bildi. Heydər Əliyev həmin tələyə düşmədi və eyni zamanda Azərbaycan qərb korporasiyalarından investisiyalar, texnologiyalar və bazarlar əldə edərək, gəlirləri və nəzarəti özündə saxladı”, - politoloq deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən tam şəkildə davam etdirilib və o da özünün tarixi tapşırıqlarını yerinə yetirib.

“Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunun böhransız, sakit işini təmin edə bildi ki, bu da ölkəni ən etibarlı enerji daşıyıcıları tədarükçülərindən birinə çevirdi. Bunun sayəsində Prezident İlham Əliyev Azərbaycanın iqtisadi artımının yüksək templərini təmin edə, eləcə də korrupsiyanın öhdəsindən gələ bildi. Nəticədə Azərbaycan neft və qazından gələn pullar korrupsiyaçılara deyil, büdcəyə getdi və sosial problemlərin həlli, infrastrukturun qurulması və güclü ordunun yaradılmasına istifadə olundu. Məhz uzun illər hazırlanan güclü ordu yekunda ikinci Qarabağ müharibəsində Ermənistan üzərində heyrətamiz qələbə qazandı, işğal edilmiş torpaqları azad etdi”, - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti