...

KTMT-nin Moskva sammiti - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 17 May 2022 20:05 (UTC +04:00)
KTMT-nin Moskva sammiti - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçirilir.

Kremldə keçirilən sammitdə açılış nitqi ilə çıxış edən Rusiya Prezidenti Vladimir Putin budəfəki sammitin yubiley sammiti olduğunu, 1992-ci ilin mayın 15-də Kollektiv Təhlükəsizlik müqaviləsinin imzalandığını xatırladıb.

KTMT liderlərinin sammitin yekununda çoxtərəfli sənəd, həmçinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatını imzalayacaqları bildirilib. İclasda bioloji təhlükəsizlik məsələlərinə ayrıca diqqət ayrılacaq, hərbi əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla yeni çağırışlara qarşı birgə fəaliyyət məsələlərini müzakirə edəcəkləri planlaşdırılıb.

Trend-in məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "KTMT-nin Moskva sammiti, Ermənistanın təşkilatdan gözləntiləri və paytaxt İrəvandakı aksiyalar" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – tarixçi İbrahim Kazimbəyli, hərbi ekspertlər Abdullah Ağar və Ədalət Verdiyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti