Bakı. Trend:
Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini formalaşdırıb.
Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, komissiyanın tərkibi yaxın günlərdə açıqlanacaq və işçi qrup bununla bağlı bəyanat verəcək.