...

ABŞ-ın Ermənistandakı səfirinin son açıqlaması Cənubi Qafqazda gərginliyin artmasına səbəb olur - Amerikalı ekspert

Siyasət Materials 21 May 2022 08:14
ABŞ-ın Ermənistandakı səfirinin son açıqlaması Cənubi Qafqazda gərginliyin artmasına səbəb olur - Amerikalı ekspert

Trend-i buradan izləyin

Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin son açıqlaması Cənubi Qafqazda gərginliyin artmasına səbəb olur.

Bu barədə Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Amerikalı ekspertin fikrincə, ABŞ-ın xaricdəki elə bir səfir yoxdur ki, ABŞ-ın Yerevandakı səfirindən son açıqlaması ilə ondan daha çox ziyan vursun:

"ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında açıq şəkildə müəyyən edilmiş diplomatik protokolu pozur. Onun bu yaxınlarda “Armenpress”ə müsahibəsi səfirin Qafqazdakı mövcud ictimai-siyasi vəziyyətlə bağlı səthi bilikli olduğunu bir daha sübut edir və Cənubi Qafqazda gərginliyin artmasına səbəb olur".

O vurğulayıb ki, L.Treysi mütəmadi olaraq Azərbaycana qarşı təhqiramiz ritorikadan istifadə edir:

"L.Treysinin verdiyi bu kəskin bəyanat haqlı qəzəb mənbəyidir. Azərbaycanın mövcud inzibati-siyasi xəritəsi fonunda belə bir bəyanatın verilməsi beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır və səfir Treysinin öz vəzifəsindən azad edilməsi üçün ciddi səbəbdir. Səfir Treysi dəfələrlə Azərbaycanın milli təhlükəsizliyinə zidd hərəkətlər edib və Cənubi Qafqazda tərəflər arasında həmişə çox zərif olan sülh dialoquna zərbə vurub".

Amerikalı ekspertin fikrincə, konseptual desək, səfir Treysi Cənubi Qafqazda mövcud reallığı tanımaqdan imtina edir və bu, onun düzəlməz səhvidir.

Qeyd edək ki, bundan əvvəl səfir Linn Treysi “Armenpress”ə müsahibəsində bildirmişdi ki, ABŞ qondarma “Dağlıq Qarabağ” əhalisinin hüququnu öz gələcəyini müəyyən edəcək tanıyır. O əlavə edib ki, Cənubi Qafqaz regionunun dinc, demokratik və firavan gələcəyi üçün bütün həll edilməmiş məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və sabit həlli əsasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti