...

İxtiraların xaricdə patentləşdirilməsi xərclərinin 50 faizini dövlət ödəyəcək - Fərman

Siyasət Materials 15 İyun 2022 12:21 (UTC +04:00)
İxtiraların xaricdə patentləşdirilməsi xərclərinin 50 faizini dövlət ödəyəcək - Fərman

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizi dövlət tərəfindən maliyyələşdirilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Fərmanda nəzərdə tutulan xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyinə bu Fərmanda nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin etmək, Əqli Mülkiyyət Agentliyinə bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti