...

Britaniyalı deputat Mühafizəkarlar Partiyasının sədri vəzifəsinə namizədliyini irəli sürüb

Siyasət Materials 8 İyul 2022 04:08 (UTC +04:00)

Bakı. Trend:

İcmalar Palatasının Xarici Əlaqələr üzrə Seçmə Komitəsinin sədri Tom Tuqendhat Mühafizəkarlar Partiyasının lideri və müvafiq olaraq yeni baş nazir postuna namizəd irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə T.Tuqendhat bildirib.

"Mən artıq xidmət etmişəm - əvvəl orduda, indi isə parlamentdə. Ümid edirəm ki, baş nazir kimi yenidən çağırışa cavab verəcəm. Sıfırdan başlamağın vaxtıdır. Təkmilləşdirmə vaxtıdır", - deyə britaniyalı siyasetçi qeyd edib.

"Sky News" televiya kanalı qeyd edib, öz növbəsində, nəqliyyat naziri Qrant Şapps və keçmiş səhiyyə naziri Sacid Cavid hələ də Mühafizəkarların lideri postu uğrunda mübarizədə iştirakın məqsədəuyğunluğunu nəzərdən keçirirlər, qərar hələ rəsmi olaraq açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti