...

Beynəlxalq Media Forumu çərçivəsində “Azərbaycan mətbuatında Şuşa izi” adlı panel iclası keçirilib (FOTO)

Siyasət Materials 22 İyul 2022 22:39 (UTC +04:00)
Beynəlxalq Media Forumu çərçivəsində “Azərbaycan mətbuatında Şuşa izi” adlı panel iclası keçirilib (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

İyulun 22-də Şuşada keçirilən Beynəlxalq Media Forumu çərçivəsində “Azərbaycan mətbuatında Şuşa izi” adlı panel iclası təşkil olunub.

Trend xəbər verir ki, panel iclası Milli Məclisin deputatı, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılovanın moderatorluğu ilə keçirilib. Panel iclasında İraqın Strateji Araşdırmalar Mərkəzinin direktoru Mats Muhı Əbdülhəmid Obada, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və “Azad Şuşa” saytının baş redaktoru Kərim Kərimli iştirak edib.

Panel iclasının iştirakçıları Şuşa şəhərinin Azərbaycan jurnalistikasının inkişafındakı rolu və tarixi əhəmiyyətini, eləcə də münaqişədən sonrakı dövrdə ideoloji yönümü müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti