Bakı. Trend:
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının ikinci görüşü avqustun 29-da keçirilə bilər.
Trend-in məlumatına görə, Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycan nümayəndə heyətinə baş nazirin müavini, dövlət komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik edəcəyi gözlənilir.
TASS agentliyinin məlumatına görə isə görüş avqustun 30-da baş tuta bilər.
Xatırladaq ki, komissiyaların birinci görüşü bu il mayın 24-də keçirilmişdi.