...

Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə dialoqunun inkişafı region üçün zəruri effekt verə bilər - Rusiya XİN

Siyasət Materials 31 Avqust 2022 15:06 (UTC +04:00)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə dialoqunun inkişafı sözsüz ki, region üçün hiss olunan effekt verə bilər.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Azərbaycan baş nazirinin hökumətlərarası şuranın sonuncu iclasında iştirakını müsbət qiymətləndiririk. Bakının Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq potensialı, bizim fikrimizcə, yüksəkdir. Biz bu əməkdaşlığın böyük perspektivlərini görürük və hesab edirik ki, bu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin xeyrinə olacaq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti