Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov və BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos arasında birgə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə görüş olub.
Görüş zamanı Mərkəzin sentyabr ayında ABŞ-ın Nyu-York şəhərində BMT-nin Baş Assambleyası çərcivəsində təşkil etdiyi “Sülh, təhlükəsizlik və iqlim böhranının yaratdığı çətinliklər və buna tərəfdaşların yanaşması” mövzusunda baş tutacaq Ali-səviyyəli toplantı müzakirə olunub.
O cümlədən, Mərkəzin qarşıdan gələn digər tədbirləri, eləcə də, X Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılmışdır.