...

Kanada azərbaycanlıları erməni təxribatı ilə barədə dövlət rəsmilərinə və beynəlxalq təşkilatlara müraciət ediblər (FOTO)

Siyasət Materials 15 Sentyabr 2022 16:17 (UTC +04:00)
Kanada azərbaycanlıları erməni təxribatı ilə barədə dövlət rəsmilərinə və beynəlxalq təşkilatlara müraciət ediblər (FOTO)

Bakı. Trend:

Kanadanın Kvebek əyalətində fəaliyyət göstərən Azərbaycan icması Azərbaycanın dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatına etiraz məqsədilə yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyevin imzası ilə yayılan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq törətdikləri təcavüz barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və
Mədəniyyət Mərkəzi Ermənistan törətdiyi genişmiqyaslı hərbi təxribatla bağlı
ölkə rəsmilərinə müraciət edib.
Mərkəzin rəhbəri Lalin Həsənovanın imzası ilə Kanadanın Baş naziri Castin Trüdo
və xarici işlər naziri Melani Coliyə ünvanlanan məktubda Ermənistanın növbəti
dəfə törətdiyi hərbi cinayət barədə məlumat verilib.

Cənubi Qafqaz bölgəsində Azərbaycanın təşəbbüsü ilə başlayan normallaşma və
sülh prosesinə Ermənistanın zərbə vurmasına görə Azərbaycan əsilli kanadalıların
narahatlıq hissi keçirdiyi, rəsmi İrəvanın revanşizm ideyalarına birdəfəlik son qoymasının və sülhə sövq edilməsinin zərurətə çevrildiyi diqqətə çatdırılıb.

Müraciətdə Azərbaycan icmasının Baş nazir Castin Trüdonu və digər rəsmi
şəxsləri beynəlxalq müstəvidə Ermənistanın təcavüzkar siyasətini pisləməyə dəvət
etdiyi vurğulanıb.

Kanadanın Alberta əyalətində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət
Mərkəzi (ALACS) də Ermənistanın təcavüzkar siyasəti barədə təxribatı ilə əlaqədar ölkə rəsmilərinə müraciət edib.

Mərkəzin icraçı direktoru Səbinə İsgəndərovanın imzası ilə Kanadanın Baş naziri
Castin Trüdo, xarici işlər naziri Melani Joli, senator Leonidas Husakos, parlament
üzvləri Qreq Maklin, Casraj Sinqh Hallan, Mişel Rempel, Stefani Kuzi, Pyer
Pualyevr və Kanadada Birləşmiş Millətlər Təşkilatı Assosiasiyasına ünvanlanan
müraciətdə Ermənistanın növbəti dəfə törətdiyi hərbi cinayət barədə ətraflı
məlumat verilib.

Monreal Kanada–Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovanın imzası ilə
yerli və beynəlxalq ictimaiyyətə Ermənistanın növbəti hərbi cinayət barədə bəyanat ünvanlanıb.

Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə iki ölkə arasında
başlanan normallaşma və sülh prosesinə Ermənistanın təcavüzlə cavab verməsinin
ilk dəfə baş vermədiyi nəzərə çatdırılıb.

Soydaşlarımız Kanada rəsmilərini və dünya birliyini beynəlxalq müstəvidə
Ermənistanın təcavüzünü pisləməyə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti