...

Nyu-Yorkda Ermənistanın təxribatlarına dair aksiya keçirilib (FOTO)

Siyasət Materials 26 Sentyabr 2022 10:13 (UTC +04:00)
Nyu-Yorkda Ermənistanın təxribatlarına dair aksiya keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində Ermənistanın hərbi təxribatları və təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya zamanı meqapolisin tarixi mərkəzi sayılan Manhetten rayonunda Azərbaycan həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobil hərəkət edib. Ekranda “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan minaları = müharibə cinayətləri!”, “Ermənistan Azərbaycanın Ermənistandakı mədəni irsini məhv edib!”, “Ermənistanın minaları mülki vətəndaşları öldürür” şüarları və bu mövzuları əhatə edən təsvirlər nümayiş etdirilib.

Şəhər ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təxribatlarına cəlb etmək məqsədilə keçirilən məlumatlandırma aksiyası Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları olan Nyu Yorkun Azərbaycan-Amerika Qadınlar Assosiasiyası və Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti