...

Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirakdan imtina edib

Siyasət Materials 26 Sentyabr 2022 19:53 (UTC +04:00)
Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirakdan imtina edib

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Trend xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimlərinin sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti