Bakı. Trend:
Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələlik potensialdan uzaqdır.
Trend xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
“Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq”, - deyə Qırğızıstan Prezidenti vurğulayıb.
Xalqlarımızın ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malik olduğunu bildirən Prezident Sadır Japarov qeyd edib ki, əcdadlarımız çox qədim zamanlardan bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər.