...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi birgə layihələr keçirəcək (FOTO)

Siyasət Materials 19 Oktyabr 2022 08:54 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi birgə layihələr keçirəcək (FOTO)

Bakı. Trend:

2022-ci il Ümumdünya Səhiyyə Sammiti çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Direktorun müavini və Nüvə Elmi və Tədbiqləri departamentinin sədri xanım Nayat Moxtar arasında görüş keçirilib.

Trend-in məlumatına görə, toplantının əvvəlində xanim Nayat atom nüvə silahları və onların yaratdığı fəsadlar mövzusuna toxunub. Dünyada artan nüvə silahının istifadə təhlükəsi. Enerji çatışmamazlıqının qaldırılması üçün bir sıra ölkələrin atom elektrik stansiyalarının bərpasına çalışması, yarana bilinəcək fəsadların qarşısının alınması üçün atılacaq addımlar müzakirə edilmişdir.

Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında birgə əməkdaşlıq qurulması və birgə Atom üzrə Beynəlxalq Agentliyin rəsmiləri ilə Mərkəzin üzvlərinin birgə toplantılarının keçirilməsi və X Global Bakı Forumunda durumun təmsil olunarak birgə panel müzakirələrinin təşkili razılaşdırılmışdır.

Görüşün sonunda isə Mərkəzin üzvləri Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar Kitaroviç və Bosniya və Herseqovinanın sabiq Baş naziri tərəfindən Nizami Gəncəvinin 880-ci illiyinə həsr olunan “Qələmin sehri”- Nizami

Gəncəvinin “Xəmsə”sindən seçmə miniatürlər kitabını agentliyə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti