...

İstanbul Universitetində "Azərbaycanın Zəfər günü" qeyd edilib (FOTO)

Siyasət Materials 5 Noyabr 2022 12:20 (UTC +04:00)
İstanbul Universitetində "Azərbaycanın Zəfər günü" qeyd edilib (FOTO)

Bakı. Trend

İstanbul Universitetinin doktor Fuat Sezgin adına Mədəniyyət və Konqres Mərkəzində Azərbaycan Vətəndaşları Forumu, “Sadəcə İnsan Dərnəyi” Assosiasiyası, İstanbul Universitetinin Beynəlxalq Tələbə Mərkəzi və “Bab-ı Aləm” Beynəlxalq Tələbə Assosiasiyasının təşkil etdiyi “Azərbaycanın Zəfər günü” adlı təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, İstanbul Universitetinin Beynəlxalq Tələbə Mərkəzinin prezidenti, professor Faruk Taşçı öz çıxışında bildirib ki, İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır və onların uğurları, xüsusilə magistratura və doktorantura sahələrində uğurları diqqət cəlb edir. Professor Taşçı əlavə edib ki, tibb, elm və ədəbiyyat fakültəsində təhsil alan azərbaycanlı tələbələr uğurlu nəticələr əldə edir. O qeyd edib ki, son illərdə Türkiyəyə təhsil üşün gəlmiş azərbaycanlı tələbələrin peşəkarlığı əhəmiyyətli dərəcədə artıb.

Tədbirdə Azərbaycan Milli Məlsinin deputatı Sevil Mikayılova və Trend BİA-nın direktor müavini Rufiz Hafizoğlu iştirak ediblər.

Tədbirdə çıxış edən Deputat Sevil Mikayılova Türkiyənin və prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağ zəfərində Azərbaycana göstərdiyi dəstək barədə danışıb və bəyan edib ki, Azərbaycan xalqı bu dəstəyi minnətdarlıqla xatırlayır.

S.Mikayılova qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji əməkdaşlıq daha da inkişaf edib. O vurğulayıb ki, Qarabağda qələbədən sonra Prezident İlham Əliyevin qərarı ilə Azərbaycan Ordusunun türk ordusu nümunəsi ilə təkrar təşkil olunması başlayıb.

İstanbul Universitetinin rektoru vəzifələrini icra edən, professor Mustafa Oral Öncül qeyd edib ki, türklər hər zaman İslam bayrağını daşıyan xalq olub və bəyan edib ki, Qarabağ zəfəri bu baxımdan çox qiymətlidir.

Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə öz çıxışında bildirib ki, Qarabağ müharibəsi türk dünyası üçün vacib səhifə oldu.

Ankara Universitetinin müəllimi, professor Toğrul İsmayıl xatırladıb ki, birinci Qarabağ müharibəsində Türkiyədəki siyasi qeyri-sabitliklə əlaqədar zəruri dəstək göstərilməmişdi və əlavə edib ki, ikinci Qarabağ müharibəsində hər şey əksinə oldu.

Bayburt Universitetinin müəllimi, dosent Ramin Sadıkov qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında uzun illər ərzində ümumi diplomatik dildən istifadə olunub və Qarabağ müharibəsindən sonra iki ölkə beynəlxalq arenada razılaşdırılmış şəkildə fəaliyyət göstərir. 2010-cu ildən iki ölkə arasında strateji tərəfdaşlığın mövcud olduğunu xatırladan R.Sadıkov əlavə edib ki, Şuşa bəyannaməs ilə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri qurulub. Bu münasibətlər Azərbaycan və region üçün təhdid yaradan ölkələrin qarşısını almaq əhəmiyyətini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti