...

İsrail Səfirliyi Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 9 Noyabr 2022 09:20 (UTC +04:00)
İsrail Səfirliyi Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı. Trend:

İsrailin Azərbaycandakı Səfirliyi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında paylaşım edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti