...

Avstriya mətbuatında Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışına həsr olunmuş məqalə dərc edilib

Siyasət Materials 10 Noyabr 2022 11:31 (UTC +04:00)
Avstriya mətbuatında Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışına həsr olunmuş məqalə dərc edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn qəzetində Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışına həsr olunmuş məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə Prezident İlham Əliyevin Ermənistanın İkinci Qarabağ müharibəsindən aldığı dərsləri unutmaması və odla oynamağın onlara baha başa gələ biləcəyi barədə sözləri yer alıb.

Məqalədə deyilir ki, Azərbaycan Prezidenti ölkəmizə qarşı hansısa bəd fikirdə olmaq niyyətində olanların dəmir yumruğu bir daha görəcəyini vurğulayıb və bildirib ki, son iki ilin tarixi bunu göstərib. "Bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır", - deyə dövlət başçısının sözləri sitat gətirilir.

Materialda vurğulanır ki, Azərbaycan Prezidenti bir daha Ermənistan tərəfini öz destruktiv planlarının reallaşdırılması məqsədilə kimlərəsə bel bağlamağı dayandırmağa çağırıb və xəbərdarlıq edib ki, əks halda yenə də faciə ilə üzləşəcək.

Qəzetdə yer alan məqalədə, həmçinin dövlət başçısının Azərbaycanın bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşması barədə sözləri sitat gətirilir. "Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, amma Ermənistan İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Amma ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq", - deyə Azərbaycan Prezidentinin sözləri sitat gətirilir.

Məqalədə dövlət başçısının nəqliyyat dəhlizi barədə sözləri də yer alıb. "Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?" - dövlət başçısı vurğulayıb.

Materialda, həmçinin Azərbaycan Prezidentinin erməni xalqına müraciəti öz əksini tapıb: "Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər", - dövlət başçısı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti