...

Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibində dəyişiklik edilib

Siyasət Materials 28 Noyabr 2022 15:44 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibində dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Trend xəbər verir ki, Sərəncamla “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;” sözləri çıxarılsın;

- “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;” sözlərindən sonra “Naxçıvan Baş Gömrük İdarəsinin rəisi;” sözləri əlavə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti