...

Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirələr keçirilib

Siyasət Materials 30 Noyabr 2022 13:06 (UTC +04:00)
Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirələr keçirilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirələr keçirilib.

Trend-in məlumatına görə, müzakirələrdə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, cənubi azərbaycanlı ekspertlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən güney azərbaycanlı ekspert Babək Azəroğlu bildirib ki, 100 ildən artıqdır ki, İran rejimi siyasətini anit-azərbaycançılıq üzərində qurub.

“Urmiya gölünün qurudulması da birbaşa bu siyasətə xidmət edir. Məqsəd insanları kampakt yaşadığı yerdən didərgin salmaq və insanların başını digər problemlərlə qatmaqdır. Düşünürəm ki, onların bu siyasəti baş tutmayacaq”, - deyə o qeyd edib.

Tədbirdə çıxış edən siyasi ekspert Azər Həsrət bildirib ki, Urmiya gölünün qurudulması məsələsi dünya səviyyəsində qaldırılmalıdır və məsələnin həllinə çalışmalıdır.

O qeyd edib ki, bütün problemlərin həll edilməsi Güney Azərbaycan Cümhuriyyətinin qurulması ilə mümkün ola bilər. “Fars rejimi orta əsrdə ilişib qalmış geri düşüncəli bir rejimdir. Azərbaycanlılar bu təfəkkürün hakimiyyəti altında yaşamamalıdır.

Bizim birinci məqsədimiz Güney Azərbaycan Cümhuriyyətinin qurulması olmasıdır. Güney Azərbaycan Cümhuriyyətinin qurulması üçün hər kəs hərəkətə keçməlidir. Necə olur ki, 40 milyon insanın bir dənə də məktəbi yoxdur?! İran adlanan yerin 50 faizi türklərə məxsusdur. Düşünürəm ki, Güney Azərbaycan Cümhuriyyətinin qurulması bütün bu problemi həll edəcək”, - deyə o qeyd edib.

Digər çıxışçılar da İran rejiminin ekoloji terrorundan və düşmənçilik siyasətindən danışıblar. Bildirilib ki, İran rejimi çalışır ki, Urmiya gölünü qurutmaqla insanları oradan uzaqlaşdırsın, azərbaycanlıları digər ərazilərə köçürsün və onların siyasi fəallığının qarşısını alsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti