...

Beynəlxalq hüququ idarə edən iri dövlətlər özləri buna əməl etmir - Ziyafət Əsgərov

Siyasət Materials 7 Dekabr 2022 12:41 (UTC +04:00)
Beynəlxalq hüququ idarə edən iri dövlətlər özləri buna əməl etmir - Ziyafət Əsgərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq hüququ idarə edən iri dövlətlər özləri buna əməl etmir.

Trend-in məlumatına görə, bunu Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu gün beynəlxalq hüquq işləmir.

"BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazisindən erməni qoşunlarının çıxarılması əksini tapsa da bu işləmədi. Hüququn gücü yox, gücün hüququ işləyir. Lakin biz beynəlxalq hüquqa hörmət edirik. Beynəlxalq hüququ idarə edən iri dövlətlər özləri isə buna əməl etmir. Ancaq biz həm beynəlxalq hüquq, həm də daxili qanunvericilik baxımından işimizi sağlam görməliyik", - deyə Z.Əsgərov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti