...

Ermənistan Azərbaycana bir trilyon dollar məbləğində təzminat ödəməlidir - Kərəm Karabulut

Siyasət Materials 8 Dekabr 2022 17:21 (UTC +04:00)
Ermənistan Azərbaycana bir trilyon dollar məbləğində təzminat ödəməlidir - Kərəm Karabulut
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Füzuli. Trend:

Ekspert-iqtisadçı kimi hesablamalarıma görə, Ermənistan Azərbaycana bir trilyon ABŞ dolları məbləğində təzminat ödəməlidir

Bunu cümə axşamı Trend-ə Türkiyənin Atatürk Universitetinin professoru Kərəm Karabulut xarici mütəxəssislərdən ibarət nümayəndə heyətinin tərkibində Qarabağa səfəri zamanı deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra orada bütün infrastrukturun bərpası üçün genişmiqyaslı işlərə başlayıb.

"Ermənilərin törətdiyi vəhşiliklər bütün dünyada məlumdur. İşğal dövründə ermənilər məscidlərə xeyli ziyan vurublar. Ermənistan Azərbaycan ərazisinə vurduğu bütün ziyanın əvəzini ödəməlidir", - deyə Karabulut bildirib.

Türkiyəli mütəxəssis qeyd edib ki, ekspert-iqtisadçı kimi hesablamalarıma görə, Ermənistan Azərbaycana bir trilyon ABŞ dolları məbləğində təzminat ödəməlidir.

"Biz Ağdamı da, Füzulini də gördük, bir dənə də bütöv bina yoxdur, ermənilər Azərbaycanın tarixi-mədəni irsinin izlərini silməyə çalışaraq hər şeyi yerlə-yeksan ediblər. Hazırda biz Azərbaycan tərəfindən Qarabağ bölgəsinin uğurlu bərpasının şahidiyik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti