...

Bir sıra məhkəmə hakimləri vəzifələrindən azad edilir

Siyasət Materials 21 Dekabr 2022 13:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bir sıra məhkəmə hakimləri vəzifəsindən azad edilir və bir sıra məhkəmələrə yeni hakimlər təyin edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Belə ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında məsələ müzakirə edilib.

Müzakirələrdən sonra məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti