...

Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb

Siyasət Materials 27 Dekabr 2022 15:29 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il Azərbaycanın dünya ölkələrində təmsilçiliyinin genişlənməsi baxımından önəmli il olub.

Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, Azərbaycanın İsraildə və Albaniyada yeni səfirlikləri təsis edilib.

“Bundan öncəki ildə qəbul edilmiş qərarlara uyğun olaraq, Azərbaycanın ilk dəfə Vatikanda, Bosniya və Herseqovinada səfirləri təyin olunub. Bu il açılan səfirliklər və konsulluqlar nəzərə alınmaqla, xaricdə Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb”, - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti