...

Ermənistan KTMT-dən çıxır

Siyasət Materials 10 Yanvar 2023 12:39 (UTC +04:00)
Ermənistan KTMT-dən çıxır
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün prosesə start verilib.

Trend-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi KTMT-ni təşkilatın təlimlərinin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə xəbərdar edib.

Xatırladaq ki, daha əvvəlki dönəmlərdə Ermənistan baş naziri Nikol Paşinyan müxtəlif vasitələrdən istifadə edərək KTMT-dən Azərbaycana qarşı istifadə etməyə cəhd göstərmişdi. Bu uğursuz cəhdlərindən sonra isə Paşinyan hakimiyyəti KTMT-dən çıxmaq yolunda irəliləyir.

Ermənistan Müdafiə Nazirliyinin müvafiq xəbərdarlığı da bu prosessin növbəti sübutudur.

Qeyd edək ki, ötən ay Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını tənqid edib, hətta təhdid etməkdən də çəkinməmişdi. Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığını əsas gətirərək Qarabağa digər beynəlxalq təşkilatların, BMT-nin sülhməramlılarının gətirliməsini təklif etmişdi.

Son hadisələr onu göstərir ki, Paşinyan hakimiyyəti KTMT-dən çıxmaq və anti-Rusiya mövqeyini daha da artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti