...

Biz Azərbaycan, Ermənistan XİN başçılarının ikitərəfli görüşünün ən tez zamanda reallaşmasına hazırıq - Ceyhun Bayramov

Siyasət Materials 20 Yanvar 2023 10:00 (UTC +04:00)
Biz Azərbaycan, Ermənistan XİN başçılarının ikitərəfli görüşünün ən tez zamanda reallaşmasına hazırıq - Ceyhun Bayramov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Təxirə salınan Azərbaycan, Ermənistan XİN başçılarının görüşünün ən tez zamanda reallaşmasına hazırıq. İndi hər şey qarşı tərəfdən asılıdır.

Trend-in məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, görüşdən imtina məsuliyyətsiz addımların bariz nümunəsidir:

"Son günlər Ermənistan tərəfindən manipulyasiya siyasətini görürük. Onları yanlış mövqedən çəkinməyə çağırırıq. Sülh gündəliyinin irəli aparılması hər zaman Azərbaycanın təşəbbüsü olub. Bundan sonrakı bütün prinsiplər də Azərbaycan tərəfindən qarşı tərəfə təqdim edilmişdi", - nazir əlavə edib.

Qeyd edək ki, Moskvada keçirilməli olan üçtərəfli görüşün növbəti raundunu Ermənistan tərəfi pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti