...

Rusiyaya qarşı daha bir demarş - Ermənistan KTMT-nin baş katibinin müavini vəzifəsinə kvotadan imtina edib

Siyasət Materials 10 Mart 2023 16:13 (UTC +04:00)
Rusiyaya qarşı daha bir demarş -  Ermənistan KTMT-nin baş katibinin müavini vəzifəsinə kvotadan imtina edib

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsinə kvotadan imtina edib.

Trend bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

"Bəli, biz KTMT-yə müvafiq təklif göndərmişik", - Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

Xatırladaq ki, bu, Ermənistanın Rusiyaya qarşı demarşıdır. Bundan əvvəl Ermənistan 2023-cü ildə öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etmişdi. O zaman Ermənistanın baş naziri Nikol Paşinyanın dediyi kimi, mövcud vəziyyətdə Ermənistan hakimiyyəti təlimlərin keçirilməsini "məqsədəuyğun" hesab etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti