...

Prezident İlham Əliyev: Azərbaycan ÜST-lə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək

Siyasət Materials 7 Aprel 2023 09:38 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan ÜST-lə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşımında əksini tapıb.

Paylaşımda qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir: “Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti