...

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı ABŞ generalı ilə danışıqlar aparıb (FOTO)

Siyasət Materials 10 Aprel 2023 22:09 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti