Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.
Nazirlər Kabinetindən Trend-ə verilən xəbərə görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Murad Nəcəfbəyli komissiyanın katibi təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamı ilə 2022-ci ildə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.
Komissiyanın sədri baş nazirin müavini Şahin Mustafayevdir.