...

Laçın yolunda qurulan sərhəd-buraxılış məntəqəsi şəffaflığı və təhlükəsizliyi təmin etməkdədir

Siyasət Materials 1 May 2023 14:43 (UTC +04:00)
Laçın yolunda qurulan sərhəd-buraxılış məntəqəsi şəffaflığı və təhlükəsizliyi təmin etməkdədir

Bakı. Trend:

Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi şəffaflığı və təhlükəsizliyi təmin etməkdədir. Hazırda mətqədə keçid təmin olunur. Təqdim olunan kadrlardan göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq nizam-intizamla və nəzakətli şəkildə təşkil olunur. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Yəni məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaq.

Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil.

Laçın yolunda təhlükəsizlik və sərhəd keçidində nəzarət təmin olunub, qayda-qanun çərçivəsində sərhədi keçməkdə heç bir qüsur yoxdur.

Könül Nurullayeva

Millət vəkili

Məqalədə:
Xəbər lenti

Xəbər lenti