...

Azərbaycan beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır - Putin

Siyasət Materials 24 May 2023 16:59 (UTC +04:00)
Azərbaycan beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır - Putin

Bakı. Trend:

Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır.

Trend xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edib.

"Ölkəniz sosial və iqtisadi sahələrdə böyük uğurlar əldə edib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik", - deyə məktubda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti